UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün təmsilçimiz "Qarabağ" da cavab oyununa çıxır.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Macarıstan təmsilçisi "Ferentsvaroş"u qəbul edir. Qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust

20:45. "Qarabağ" – "Ferentsvaroş"
Baş hakim: Kleman Tyurpen
​​​​​​​Yan xətt hakimləri: Nikolya Danos və Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR: Jerom Brizar 
AVAR: Nikolya Renvil
Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest