"çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".
 
Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko deyib. Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XIV turunda qonağı olduğu "Sabah" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra braziliyalı vinger jurnalistlərin suallarını cavablandırıb.
 
- "Neftçi" "Qarabağ"ı turnir cədvəlində ötəcək gücdədimi?
- Əlbəttə. Kifayət qədər potensiala malik komandayıq. Kollektivdə güclü rəqabət var və bu, özümüzü daha yaxşı göstərməyimizə kömək edir. ötən il indiki vaxtda "Qarabağ"dan 5 xal öndə idik. Qış fasiləsindən sonra onlar bu fərqi aradan qaldıraraq çempion oldu. Biz də bunu bacara bilərik. Sona qədər mübarizə aparacağıq.
 
- Qayıtdıqdan sonra komandanın liderlərindən olacağınızı düşünürdük, ancaq indi ehtiyatda qalırsınız...
- Deməzdim ki, komandaya xeyrim dəymir. Bəzi matçlarda istəsən belə, oyunun yaxşı alınmaya bilər. çalışıram komandanın qələbələrində payım olsun. Mənim üçün əsas komandamın müsbət nəticə qazanmasıdı.
 
- ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Hazırda da ehtiyatda qalırsınız. Eyni hadisə təkrarlana bilərmi?
- Futbol dinamik oyundu. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. ötən il belə bir şey oldu, mən də dəyərləndirdim.
 
- Mövsümün bu ərəfələrində əcnəbi futbolçular artıq qış fasiləsini düşünürlər. Bu amil ölkə kubokunun 1/4 final matçlarına köklənmə baxımından sizə problem yaratmaz?
- Bu elə məsələdi ki, hərə özünə cavabdeh ola bilər. Düşünürəm ki, biz peşəkar klubun futbolçularıyıq, son oyuna qədər mübarizə aparmalıyıq. Kubokda yarımfinala adlayandan sonra istirahət barədə düşünə bilərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest