"Cavabını bilsəm, deyərdim. Çempionat da çox güclüdür. Bu, mənim bəxtsizliyimdir - meydana nə vaxt daxil olsam, hesabda geri oluruq"

"çox çətin, ağır oyun oldu. Təəssüf ki, ilk hissənin sonunda standart vəziyyətdən qol buraxdıq. Bundan sonra matç tamamilə dəyişdi. Fasilədən sonra çox boşluqlar verdik".
 
Matc.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Rocer Roxas Premyer Liqanın XIV turunda evdə "Neftçi"yə 0:2 hesablı məğlubiyyətdən sonra söyləyib.
 
29 yaşlı honduraslı hücumçu ikinci hissədə dönüş edə bilmədiklərini vurğulayıb: "Rəqib bizi əks-hücumda yaxaladı. Bu da futbolun bir hissəsidi".
 
- "Sabah"ın problemi nədir?
- Ev oyunlarında bizdə gərginlik olur. Qış fasiləsindən sonra həm öz, həm də rəqib meydanlarında daha çox xal götürməyə çalışmalıyıq. Bunu xüsusilə də ev matçlarında edə bilməsək, nəticəsi ağır ola bilər. öz meydanımızda stabil oyun sərgiləməyə çalışmalıyıq.
 
- Komansanın qış fasiləsinə qədər çıxışını necə dəyərləndirirsiniz?
- çempionatdakı ilk matçlarımız yaxşı alınmadı. Sonra bir qədər müsbət dəyişiklik oldu. Bu matç bizim üçün çox önəmli idi. çünki xal götürsəydik, yuxarı pillələrdəki rəqiblərə yaxınlaşa bilərdik. Bu gün ölkənin ən yaxşı komandasını uda bilərdik. 
 
- öz oyununuz barədə nə deyə bilərsiniz? Niyə alınmır? Güclü rəqiblərə qol vura bilmirsiz...
- Cavabını bilsəm, deyərdim. çempionat da çox güclüdür. Bu, mənim bəxtsizliyimdir - meydana nə vaxt daxil olsam, hesabda geri oluruq. Belə durumda rəqib müdafiəyə çəkilir. Mən isə boşluğu sevən oyunçuyam. Məsələn, bu gün meydana əvəzetmədən girdim, rəqib isə mərkəz müdafiəçisi buraxdı, arxada 5 nəfər idilər. Ayağıma cəmi 4 dəfə top dəydi.
 
- "Sabah"ın ən uğursuz transferlərindən hesab olunursunuz. Bu fikirlə razısınız?
- Sadə olmaq, özünü tənqid etməyi də bacarmaq lazımdır. Boynuma alıram ki, az oynayıram. Hücumçu oynamalıdır. Bəzən 5, bəzən 30 dəqiqə meydanda olmuşam. Bu, məşqçinin seçimidir, hörmətlə yanaşıram.
 
- "Sabah" Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ" ilə qarşılaşacaq. Bu barədə nə deyə bilərsiniz?
- Qarşıdakı kubok matçları bizim üçün çox önəmlidir. ölüm-dürüm oyunları olacaq. Ağıllı hərəkət edərək, irəliləməliyik. Məncə, səfərdə yaxşı oynayırıq. Evdə niyə bu qədər zəif çıxış etdiyimizi bilmirəm.
 
- Qış fasiləsindən sonra "Sabah"da qalacağınıza inanırsınız?
- Maya qədər müqaviləm var. ümid edirəm ki, qəribə şeylər olmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest