"Zalsburq"un hücumçusu Takumi Minamino karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Liverpul" 24 yaşlı forvardı heyətinə qatmağa hazırlaşır.

Bununla bağlı klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb. "Liverpul" Yaponiya millisinin üzvünün 8 milyon avroluq təzminat haqqını ödəməyə razılıq verib. Beləliklə, Minamino gələn aydan "Liverpul"un formasını geyinəcək.

Qeyd edək ki, Minamino bu mövsüm Avstriya çempionatında 5 qol, 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest