14 Dekabr 2019, 12:52
FUTBOL
PSJ mövsümün əvvəlində icarəyə götürdüyü Mauro İkardi ilə bağlı qərarını qətiləşdirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa çempionu argentinalı forvardı transfer etmək fikrinə düşüb.
Onun performansından razı qalan Paris təmsilçisi birdəfəlik transfer üçün tələb olunan 70 milyon avronu ödəməyə hazırdı. Ancaq futbolçunun menecerliyini edən həyat yoldaşı Vanda Nara buna qarşı çıxır. O, mövsümün sonunda həyat yoldaşı üçün "Real" və "Yuventus"dan daha sərfəli təklif gələcəyini düşünür. Nara PSJ-də illik məvacibi 10 milyon avro olan İkardinin daha yüksək məvacibə layiq olduğunu bildirib.
Qeyd edək ki, Mauro İkardi PSJ-nin heyətində keçirdiyi 15 oyunda 12 qol, 2 assistlə yadda qalıb.