Melnyak "Rizəspor"a mövsümün əvvəlində transfer olunub. 27 yaşlı xorvatiyalı futbolçunun klubu ilə 1 illik müqaviləsi var.

Türkiyənin "Fənərbaxça" klubu "Neftçi"nin sabiq futbolçusu Dario Melnyakı heyətinə qata bilər. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Milan"ın şərəfini qoruyan sol cinah müdafiəçisi Rikardo Rodriqesin transferinə çalışır. Amma bu transfer baş tutmasa, İstanbul təmsilçisi Super Liqanın digər iştirakçısı "Rizəspor"un formasını geyinən Melnyakla güclənməli olacaq.

Melnyak "Rizəspor"a mövsümün əvvəlində transfer olunub. 27 yaşlı xorvatiyalı futbolçunun klubu ilə 1 illik müqaviləsi var.

Xatırladaq ki, Dario Melnyak 2016-cı ildə icarə əsasında "Neftçi"də də forma geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest