"Liverpul"un müdafiəçisi Van Dayk komandanın bu mövsümkü çıxışı barədə danışıb. Matc.az xəbər verir ki, belçikalı futbolçu mümkün qədər ehtiyatlı davranmalı olduqlarını söyləyib.

"Siz özünüzü yenilməz hiss edə bilərsiniz, ancaq bu  belə olduğu anlamına gəlməz. Sadəcə, hələlik işlərimiz yaxşı gedir. Yenə də ehtiyatlı olmalıyıq. "Vulverhempton" oyununda çətinliklərimiz oldu. Görürsünüz ki, hər şey ola bilər. Onun üçün daha da yaxşı çıxış etməliyik" – deyə, Van Dayk bildirib.

Qeyd edək ki, "Liverpul" turnir cədvəlində birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest