"Konfrans iştirakçılarına mənə etimad göstərdiyi üçün minnətdarlığımı bildirirəm. İnanıram ki, növbəti dörd ildə müxtəlif proqramlar həyata keçirəcəyik. çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq". Matc.az xəbər verir ki, bu sözləri yenidən AFFA prezidenti seçilən Rövnəq Abdullayev deyib.

Qarşıda AFFA-nı böyük turnirlər gözlədiyini söyləyən assosiasiya rəhbəri bildirib ki, əsas diqqət AVRO-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsinə olacaq: "Düşünürəm ki, bunun ardı gələcək. İnanıram ki, bu çağırışların öhdəsindən birlikdə gələcəyik".

Xatırladaq ki, Rövnəq Abdullayev bu gün 4-cü dəfə (daha əvvəl 2008, 2012, 2016) AFFA prezidenti seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest