AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı açıqlanıb. Matc.az xəbər verir ki, hesabat dövründə assosiasiyanın gəliri 29 milyon 948 min 618 manat təşkil edib.

Bu məbləğin 11 milyon 964 min 760 manatı SOCAR-ın, 9 milyon 262 min 957 manatı UEFA-nın, 3 milyon 853 min 836 manatı "A" MYK-nın yayım hüquq gəlirinin, 2 milyon 787 min 590 manatı FİFA-nın, 1 milyon 170 min 577 manatı Bakcell MMC-nin, 566 min 593 manatı digər gəlirlərin, 122 min 165 manatı Procter & Gamble MMC-nin, 118 min PAŞA Sığortanın və nəhayət 102 min 140 manatı UNİCEF-in payına düşür.

ötən ilin mayında Bakı Olimpiya Stadionunda "çelsi" və "Arsenal" komandaları arasında keçirilmiş Avropa Liqasının final matçının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

AFFA-nın tərkibində olan Federasiyalar və üzvlərə ayrılan vəsaitlər:

Futzal Federasiyası - 473 min 200 manat

Futbol Veteranları İttifaqı - 183 min 384 manat

Regional Futbol Federasiyası - 221 min 490 manat

Uşaq və Gənclər Federasiyası - 255 min manat

çimərlik Futbol Federasiyası - 96 min 326 manat

Əlillər Futbol Federasiyası - 49 min 670 mnat

Peşəkar Futbol Liqası - 204 min manat

İctimai Futbol Federasiyası - 16 min 300 manat

Tələbə Futbol Federasiyası - 51 min 500 manat

Sahə Futbol Federasiyası - 7 min 500 manat

Qarabağ Əlil Döyüşçülər Federasiyası - 22 min 500 manat

İsgəndər Cavadov Bakı Futbol Akademiyası - 26 min 550 manat

Toplam: 1 milyon 607 min 420 manat

 

AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılmasına ayrılan vəsaitlər:

"Bayıl" stadionu və akademiyası - 455 min 244 manat

"Dalğa Arena" - 577 min 316 manat

Bakı Olimpiya Stadionu - 304 min manat

Təlim-Məşq Mərkəzi - 302 min 753 mnat

Futbol Akademiyası - 161 min 652 manat

Binə stadionu - 71 min 974 manat

Ağsu stadionu - 66 min 195 manat

Bakcell Arena - 111 min 759 manat

Toplam: 2 milyon 50 min 893 manat

 

Azərbaycan futbol klublarına UEFA tərəfindən ayrılan vəsaitlər:

"Qarabağ" - 12 milyon 324 min 696 manat

"Neftçi" - 1 milyon 563 min 39 manat

"Qəbələ" - 706 min 196 manat

"Səbail" - 543 min 509 manat

"Zirə" - 104 min 717 manat

"Sumqayıt" - 104 min 717 manat

"Sabah" - 104 min 717 manat

Toplam: 15 milyon 451 min 591 manat

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest