16 Fevral 2020, 17:28
MPL
"Qarabağ" klub tarixinin rekordunu təkrarlayıb. Ağdam təmsilçisi buna Premyer Liqanın 17-ci turunun "Zirə" ilə oyununda nail olub. Qurban Qurbanovun yetirmələri rəqibin qapısından 6 cavabsız top keçirib
"Qarabağ" klub tarixinin rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqanın 17-ci turunun "Zirə" ilə oyununda nail olub.
Qurban Qurbanovun yetirmələri rəqibin qapısından 6 cavabsız top keçirib.
Bu, "Qarabağ"ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi "Zirə", 2019-cu il aprelin 1-də isə "Sumqayıt" öz meydanında "Qarabağ"ın 6 qoluna üzülüb.
Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. 3-cü turda "Qarabağ" "Səbail"i, "Keşlə" "Qəbələ"ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.