"Neftçi" Topaz Premyer Liqasının XII turu çərçivəsində qarşılaşacağı "Səbail"lə oyunun hazırlığını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb.

Müdafiəçilər Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesinə əsas və U-21 yığmalarımızın düşərgəsindən dönən futbolçular da qatılıblar. Yalnız Haiti millisindən bu axşam qayıdacaq Soni Mustivar sabahkı məşqdə iştirak edəcək.

Qeyd edək ki, "Səbail" – "Neftçi" oyunu noyabrın 25-də "Bayıl Arena"da baş tutacaq və 17:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest