24 Noyabr 2018, 13:14
MPL
Topaz Premyer Liqasının XII turunda "Qarabağ"ın qonağı olacaq "Sabah"da hücumçu Marko Deviçin durumuna aydınlıq gəlib. Matç.az saytının məlumatına görə, ukraynalı forvard bugünkü oyunu da buraxmalı olacaq.
35 yaşlı forvard zədəsini sağaltsa da, hələ tam hazır deyil. Bu səbəbdən baş məşqçi Elşad Əhmədov onu axşamkı qarşılaşmanın iştirak ərizəsinə salmayacaq. VIII turda "Sumqayıt"la görüşdən sonra zədələnən Deviçin yoxluğunda debütant "Zirə"yə qalib gəlib (2:1), "Qəbələ" (1:2) və "Səbail"ə (0:4) isə uduzub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sabah" oyunu 19:00-da başlayacaq.