Ukraynalı qolkiper 4 oyundan sonra yenidən start heyətindəki yerini alıb. Sonuncu dəfə VII turda "Zirə" səfərində çərçivəni qoruyan 35 yaşlı qapıçı həmin məğlubiyyətdən sonra (0:1) heyətdəki yerini Aqil Məmmədova vermişdi.

Topaz Premyer Liqasının XII turu az öncə start fiti verilən "Keşlə" – "Qəbələ" matçı ilə başlayıb. Matç.az saytının məlumatına görə, "ASK Arena"da baş tutan oyun qonaqların qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.

Belə ki, ukraynalı qolkiper 4 oyundan sonra yenidən start heyətindəki yerini alıb. Sonuncu dəfə VII turda "Zirə" səfərində çərçivəni qoruyan 35 yaşlı qapıçı həmin məğlubiyyətdən sonra (0:1) heyətdəki yerini Aqil Məmmədova vermişdi.

"Neftçi" (3:1), "Sumqayıt" (2:2), "Sabah" (2:1) və "Qarabağ"la (1:3) qarşılaşmaları ehtiyatdan izləyən Dima həmkarının axırıncı oyundakı səhvlərindən sonra "Keşlə" səfərində ilk "11-lik"də meydana çıxıb.

Beləliklə, Bezotosnının həsrəti 50 günün tamamında başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest