"Əvvəldən sona kimi diqqətli oynadıq. Buna görə də "Zirə" ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq"

"Səbail"in güclü futbolçuları var. Xüsusilə yaxşı müdafiə olunurlar". Matç.az saytı xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının XII turunun "Səbail"lə oyunundan sonra klubun rəsmi saytına deyib.

Yarımmüdafiəçi azarkeşlərimizin də dəstəyi ilə qazanılan 2:0 hesablı qələbənin asan başa gəlmədiyini bildirib: "Əvvəldən sona kimi diqqətli oynadıq. Buna görə də "Zirə" ilə görüşdə buraxdığımız səhvləri təkrarlamadıq. Asan olmasa da, azarkeşlərimizin də dəstəyi ilə layiq olduğumuz qələbəni qazandıq. Nəticədən razıyam. Artıq "Sabah"la oyuna köklənməliyik".

Meydana kapitan kimi çıxan Emin Mahmudov komandasının qələbəyə layiq olduğunu bildirib: "Qələbəyə layiq idik. Qol vurmağım və məhsuldar ötürmə verməyim statistika üçün çox yaxşı nəticədir. ötürməm yaxşı alınmışdı, amma Dabonun başla zərbəsini də qeyd etmək lazımdır. çünki zərbə dəqiq alınmasaydı, məhsuldar ötürmədən söhbət gedə bilməzdi. "Səbail"lə oyun arxada qaldı, artıq qarşıdakı matçı düşünməliyik. O ki qaldı mübahisəli penalti epizoduna, həmin anı yaxından görmədiyim üçün heç nə deyə bilmərəm. Düzdür, oyundan sonra həmin epizodda penalti olmadığını deyənlər var idi. Amma mən ikinci qola qədər "Səbail"in hər hansı qol vəziyyətini xatırlamıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest