Topaz Premyer Liqasının XIII turu qış çempionunu müəyyənləşdirə bilər. Matç.az saytı xəbər verir ki, XII turun qarşılaşmalarında qeydə alınan nəticələr fasiləyə lider kimi yollanacaq komandanın erkən müəyyənləşməsi üçün zəmin yaradıb.

Belə ki, "Sabah"la görüşdə xal itirən (1:1) "Qarabağ"ın liderlə xal fərqi artıb. "Səbail"ə iki cavabsız qolla qalib gələn "Neftçi" ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Fasiləyə iki tur qaldığından bu fərq 2018-ci ili zirvədə tamamlamaq üçün ciddi üstünlük sayılır. Azərbaycanın ən titulu klubu şəxsi oyunların nəticəsində də ən yaxın izləyicisindən üstündü – 1:1, 3:1.

Bu da "ağ-qaralar"a ili zirvədə tamamlamaq üçün 1 xalın da kifayət etmədi deməkdi. Dekabrın 1-də "Sabah"ın qonağı olacaq "Neftçi" uduzmasa, "Əlincə Arena"da qış çempionluğunu rəsmiləşdirəcək.

Hazırda 29 xala malik Roberto Bordinin yetirmələri hətta məğlubiyyətlə də qışa lider kimi yollanmaq imkanına malikdi. Amma bunun üçün "Qarabağ" dekabrın 2-də "Keşlə" ilə matçda xal itirməlidi.

Qış çempionluğu üçün ilin sonuncu turunun həlledici olması da mamkündü. Bunun üçün həfrtəsonu keçiriləcək hər iki vacib qarşılaşmada meydan sahibi qalib gəlməlidi. 24 xala malik "Qarabağ" "Keşlə"ni itkisiz keçməli, debütant isə "Neftçi"ni məğlub etməlidi.

Qeyd edək ki, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Səbail" liderdən 9 xal geri qaldığından artıq ili zirvədə tamamlamaq şansını itirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest