"Səbail"lə səfər oyununda 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin qapıçısı Səlahət Ağayev qarşılaşmanı "quru" keçirib. Bu, qolkiperin mövsümdə 5-ci belə oyunudu. Səlahət bununla da mövsümün rekordunu təkrarlayıb.
Topaz Premyer Liqasının XII turunda yalnız bir komanda qapısını toxunulmaz saxlayıb. Matç.az saytı xəbər verir ki, "Səbail"lə səfər oyununda 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin qapıçısı Səlahət Ağayev qarşılaşmanı "quru" keçirib.
Bu, qolkiperin mövsümdə 5-ci belə oyunudu. Səlahət bununla da mövsümün rekordunu təkrarlayıb.
Ağayev 5 quru oyun "Sabah"ın qapıçısı Saşa Stamankoviçə çatıb. Qol buraxmadan keçirilən matçların sayında 3-cü pillədə isə "Səbail"in əlcək sahibi Emil Balayevdi – 3 qarşılaşma.
Qeyd edək ki, cari mövsümdə 10 qapıçı hesabına quru oyun yazdıra bilib.