Topaz Premyer Liqasının XII turunun "Sumqayıt"la qarşılaşmasında vurulan sonuncu qol "Zirə" üçün yubileylə əlamətdar olub. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top bakılıların Premyer Liqada 70-ci ev qolu olub.

Bunu 52-ci görüşdə reallaşdıran komandanın öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdi. Bilal Həmdi həm də özünün "Zirə"dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu görüşündə ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da qarşılaşmada son nöqtəni qoyub – 3:1.

Bilal "Zirə"nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu Premyer Liqada gerçəkləşdirən 29-cu oyunçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest