26 Noyabr 2018, 12:28
MPL
Topaz Premyer Liqasının XII turu "Keşlə"də üç yubileylə əlamətdar olub. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Qəbələ" ilə ev qarşılaşması (1:2) Sərtan Taşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb.
2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi "Keşlə"də 17 qol vurub.
Taşqın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.