Topaz Premyer Liqasının XII turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, gənc referi "Dalğa Arena"da keçirilən "Zirə" – "Sumqayıt" matçını (3:1) idarə edib.

O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. Referi ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

Qeyd edək ki, Bayramov debüt matçında rəqiblərə eyni sayda – hərəsinə 2 sarı vərəqə göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest