"Orada oynamağa hazır olduğumu dedim. Bir neçə saatdan sonra agentim mənə zəng vurdu, baş verənləri ona izah etdim. "Real"la müqavilə bağladı, mən isə "Çelsi" ilə birlikdə stadiona gedən avtobusda idim"

"Atletiko"ya qarşı UEFA Super Kuboku oyunu üçün Monakoda "çelsi" ilə birlikdə idim. Mənə zəng gəldi, cavab vermək istəmədim. Telefonu götürdüm, zəng vuran Joze Mourinyo idi".

Matc.az xəbər verir ki, bu sözləri "AS" nəşrinə "Səbail"in futbolçusu Maykl Esyen deyib. 38 yaşlı yarımmüdafiəçi Mourinyo ilə telefon vasitəsi ilə danışıq apardığını bildirib:

"Orada oynamağa hazır olduğumu dedim. Bir neçə saatdan sonra agentim mənə zəng vurdu, baş verənləri ona izah etdim. "Real"la müqavilə bağladı, mən isə "çelsi" ilə birlikdə stadiona gedən avtobusda idim. Agentim zəng vurdu və otelə qayıtmalı olduğumu bildirdi. Avtobusu dayandırmaq üçün sürücüyə qışqırmalı oldum. Bütün komanda yoldaşlarım mənə tərəf baxdılar. Avtobusdan düşməli olduğumu söylədim və otelə qayıtdım, hər şey vaxtında edildi".

Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest