Türkiyənin "Fənərbaxça" İdman Klubunun prezidenti Sadəddin Saran narkotik istintaqı çərçivəsində ifadə verməyə çağırılıb.

Matc.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Xaricdə olduğu öyrənilən S.Saranın qayıtdıqdan sonra polisin müşayiəti ilə şübhəli qismində ifadəsinin alınacağı öyrənilib.

Qeyd edək ki, dekabrın 18-də Türkiyədə narkotik istifadəsi və satışında şübhəli bilinən məşhurlar saxlanılıblar. Aktrisa İrem Sak, müğənni Aleyna Tilki, məşhur influnser Danla Bilic və sosial media fenomeni Mümine Senna Yıldız tibbi prosedurlardan sonra sərbəst buraxılıblar.

Xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində axtarış qərarı çıxarılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest