22 May 2020, 10:27
FUTBOL
Koronavirus pandemiyası səbəbi ilə yarımçıq dayandırılan La Liqa bərpa olunur. Matc.az xəbər verir ki, mövsüm iyunun 12-də start götürəcək.
Məlumata görə, çempionat cümə günü "Əndəlus" derbisi - "Sevilya" – "Betis" görüşü ilə davam edəcək. Turun digər matçlarının təqvimi mayın 28-də açıqlanacaq.
Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.