28 May 2020, 16:31
FUTBOL
"Qalatasaray" Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".
Qeyd edək ki, Türkiyənin digər klubu "çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.