"Öz oyunumuzu diktə etdik, topa nəzarəti əldən vermədik. Oyun ərzində beş saniyədən az müddətdə top rəqibdə olurdu və dərhal onu ələ keçirirdik".

"Asan oyun yoxdu. Futbolda 90 dəqiqə diqqətli olmalısan". Matç.az saytı xəbər verir ki, bu sözlər "Sportinq"in yarımmüdafiəçisi Nemanya Qudeliyə məxsusdu.

27 yaşlı futbolçu Portuqaliya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

O, qələbəyə layiq olduqlarını söyləyib: "Bu gün çox yaxşı idik. öz oyunumuzu diktə etdik, topa nəzarəti əldən vermədik. Oyun ərzində beş saniyədən az müddətdə top rəqibdə olurdu və dərhal onu ələ keçirirdik. Birinci hissədə erkən qol vurduq və rəqib dərhal cavabını verdi. Ancaq fasiləyə qədər daha iki qol vurmağı bacardıq. İkinci hissəyə müdafiədən başlayacağımızı bilirdik. çünki "Qarabağ" ilk 15 dəqiqədə qol vurmağa çalışacaq və bunun üçün bütün gücünü ortaya qoyacaqdı. Onu da dərk edirdik ki, daha bir qol vursaq, hər şey bitəcək. Həlledici məqamlarda dəqiq olmağımız bu hesaba gətirib çıxardı. Marsel Kayzerin gəlişindən sonra komandada oyun baxımından çox dəyişikliyin olduğu göz önündədi. Biz güvən qazanan böyük komandayıq".

Qeyd edək ki, 6:1 hesablı qələbə qazanan "Sportinq" adını 1/16 final mərhələsinə yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest