"Fənərbaxça" rəhbərliyi baş məşqçi İsmayıl Kartalın vəzifəsinin başında olduğunu və təcrübəli mütəxəssisin klubda davam etmək qərarı aldığını bəyan edib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "sarı-lacivərdlilər" təcrübəli baş məşqçinin vəzifəsinin başında olduğunu və şənbə günü məşqə çıxacağını duyurublar. Rəsmi açıqlamada "Baş məşqçimiz hörmətli İsmayıl Qartal vəzifəsinin başındadır. Komandamız, sabah saat 11.30-da baş məşqçimiz İsmayıl Kartalın rəhbərliyi ilə keçiriləcək məşqlə "Qaziantep" oyununun hazırlıqlarına davam edəcəkdir. İctimaiyyətin məlumatına təqdim edirik." ifadələri yer alıb.

Xatırladaq ki, təcrübəli mütəxəssis Çempionlar Liqasında "Roma" ilə oynanılan matçın ardından vəzifəsindən istefa verdiyini və bir daha geri dönməyəcəyini söyləmişdi. O, klubun cümə günkü məşqində də iştirak etməmişdi.

"Fənərbaxça"nın futbol direktoru Oğuz Çətin baş məşqçi ilə görüş keçirsə də, ilkin mərhələdə razılıq əldə olunmamış və 65 yaşlı çalışdırıcının geri dönməyəcəyi xəbərləri yayılmışdı. İsmayıl Kartal Oğuz Çətinlə söhbətində vəzifəsinə qayıtmayacağını bir daha təkrarlamışdı.

Bu nöqtədə isə dövrəyə klubun prezidenti Əziz Yıldırım girib. Əziz Yıldırım təcrübəli mütəxəssisə zəng edərək ona olan dəstəyini bir daha vurğulayıb. Bu zəngin ardından İsmayıl Kartal komandada qalmaq qərarı verib.

Daha sonra klub binasında bir araya gələn tərəflərin söhbəti zamanı Əziz Yıldırım "Mən prezident olduğum müddətdə komandanın baş məşqçisi sənsən" sözlərini şəxsən baş məşqçinin özünə söyləyib. Bu etimaddan sonra İsmayıl Kartal rəsmən vəzifəsinin başına qayıdıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest