15 İyun 2020, 14:37
FUTBOL
Maaşlarını ala bilməyən futbolçular FİFA-ya müraciət edib. Matc.az xəbər verir ki, klublar koronavirus pandemiyası səbəbindən iflas etdikləri üçün ödəniş edə bilmirlər.
Müraciət edən oyunçuların 81 faizi Avropa klublarını təmsil edir. FIFA Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) vasitəsi ilə müraciətləri qəbul etməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, FIFA koronavirus pandemiyası səbəbindən maliyyə problemi ilə üzləşən oyunçulara yardım üçün fond yaradıb. Fond iyulun 1-dən fəaliyyətə başlayacaq.