Futbol üzrə İtaliya kubokunun final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda "Napoli" və "Yuventus" klubları qarşılaşıb.
 
Finalın əsas vaxtı qolsuz başa çatıb. Bu üzdən də komandalar qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyasına keçiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Napoli" İtaliya kubokunun qalibi olub.
 
Bu, Neapol klubunun tarixində 6-cı belə uğurdu. "Napoli" 1962, 1976, 1987, 2012 və 2014-cü illərdə də kubokun qalibi olmuşdu. Bu baxımdan rekord isə "Yuventus"a məxsusdu – 13 kubok.
 
İtaliya kuboku
Final
17 iyun
 
Napoli – Yuventus 0:0 (penaltilər 4:2)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest