Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə qarşılaşacaq.

Millimiz UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da "Darius and Girėnas" stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə üz-üzə gələcək.

A millinin heyətində aşağıdakı futbolçular yer alıb:

1. Aydın Bayramov – "Zirə"
2. Rəvan Məmmədov – "Sabah"
3. Emil Balayev – "Neftçi"
4. Bədavi Hüseynov – "Qarabağ"
5. Murad Xaçayev – "Neftçi"
6. Cəlal Hüseynov – "Petrolul (Rumıniya)"
7. Anton Krivotsyuk – "Daejeon Hana (C. Koreya)"
8. Rahil Məmmədov – "Turan Tovuz"
9. Elvin Bədəlov – "Neftçi"
10. Rəhman Daşdəmirov – "Sabah"
11. Toral Bayramov – "Bursaspor (Türkiyə)"
12. Tellur Mütəllimov – "Sabah"
13. Rüfət Abbasov – "Neftçi"
14. Ceyhun Nuriyev – "Araz-Naxçıvan"
15. Edqar Adılxanov – "Şamaxı"
16. Emin Mahmudov – "Neftçi"
17. Fərid Yusifli – "Şəfa"
18. Rahim Sadıxov – "Turan Tovuz"
19. Rüfət Abdullazadə – "Kiryat Shmona (İsrail)"
20. Emil Səfərov – "Neftçi"
21. Abdulla Xaybulayev – "Sabah"
22. Aleksey İsayev – "Sabah"
23. Oruc Məmmədov – "Şamaxı"
24. Ayxan Hüseynov – "Zirə"
25. Anatoli Nuriyev – "Kisvarda (Macarıstan)"
26. Mustafa Əhmədzadə – "Araz-Naxçıvan"
27. Vüsal İsgəndərli – "Malisheva (Kosovo)"
28. Musa Qurbanlı – "Qarabağ"
29. Mahir Emreli – "Rakow (Polşa)"
30. Renat Dadaşov – "FSC Bukovyna (Ukrayna)"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest