"Yuventus"un qapıçısı Kamil Qrabara Avropa Liqasının Liqa mərhələsinin I turunda NES-in qapısına vurulan ilk qol zamanı məhsuldar ötürmə edib.

Matc.az xəbər verir ki, "qoca sinyora"nın polşalı qapıçısı Nikolas Qonsalesin irəli qaçdığını görüb və topu uzaq zərbə ilə rəqib meydançasına göndərib.

Qonaqların qapıçısı çıxışda uğursuz oynayıb, buna görə də "byankoneri"nin argentinalı hücumçusuna topu boş qapıya göndərməkdən başqa bir şey qalmayıb.

Bu, niderlandlılar üçün darmadağının yalnız başlanğıcı olub. fasiləyə qədər top daha iki dəfə Polsterin qapısından keçib. Qolları Alaybeqoviç və Voltemade aktivlərinə yazdırıblar.

Matçın ikinci hissəsində isə Çelik və Kolo Muani tablodakı hesabı 5:0-a çatdırıblar.

Turin klubu Polşa millisinin qapıçısını cari 2026/27 mövsümünün sonuna qədər Almaniyanın "Volfsburq" klubundan icarəyə götürüb. İcarə üçün "Yuventus" 700 min avro ödəyəcək. Müqavilədə 11,5 milyon avroya birdəfəlik satınalma variantı da var. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.

Qrabara 2024-cü ilin yayından "Volfsburq"un şərəfini qoruyurdu. Buna qədər 27 yaşlı qapıçı "Rux Xojuv", "Liverpul", "Orxus", "Xaddersfild" və "Kopenhaqen" klublarında çıxış edib. O, 2022-ci ildə debüt etdiyi Polşa millisinin heyətində 6 oyun keçirib (8 qol buraxıb, bir oyunda isə qapısını toxunulmaz saxlayıb).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest