"Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s."
Maraqlı oyun keçdi. Matçda hər şey oldu: qollar, sarı, qırmızı vərəqələr, qol imkanları". Matç.az saytı xəbər verir ki, bunu Topaz Premyer Liqasında XIII turun "Sabah" – "Neftçi" (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov deyib.
Oyun barədə fikirlərini açıqlayan çalışdırıcı həm də jurnalistlərin suallarını cavablandırıb: " Hər iki komanda qələbə qazanmaq istəyirdi. Standart vəziyyətlərdən əziyyət çəkdik. Bunların "bəhrəsini" gördük. İkinci hissədə uşaqlar oyunu əldən buraxmaq istəmirdi. Şanslarımız oldu. 1 xal qazana bilərdik. "Neftçi"nin irəlidə keyfiyyətli futbolçuları var. Onların sayəsində də imkanlar yaradıb, qol vururlar.
- Meydanda başqa nə olmalı idi ki, "Sabah" qol vursun, xal qazansın?
- Hər şey var idi, sadəcə keyfiyyətli hücum alındıra bilmirik.
- Nə çatmırdı?
- Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s.
- Elşən Abdullayev nə zamana hazır olar?
- Gələn oyun meydana çıxa bilər. Həkimlərin qərarından asılı olacaq.