"Espanyol" baş məşqçisi Abelardo Fernandeslə yollarını ayırıb. Matc.az xəbər verir ki, uğursuz çıxış səbəbindən çalışdırıcının müqaviləsinə xitam verilib.

"Espanyol" baş məşqçisi Abelardo Fernandeslə yollarını ayırıb. Matc.az xəbər verir ki, uğursuz çıxış səbəbindən çalışdırıcının müqaviləsinə xitam verilib.

Fernandes cari mövsüm "Espanyol"dan qovulan 3-cü baş məşqçi olub. Komanda mövsümə David Qaleqonun rəhbərliyi altında başlasa da, oktyabrda onu Pablo Maçin əvəz edib. İl sonunda isə Maçin yola salınıb.

Baş məşqçi postu müvəqqəti olaraq idman direktoru Rufeteyə tapşırılıb. Komandanı La Liqanın XXXII turunda "Real"la matça məhz sabiq futbolçu çıxaracaq.

Qeyd edək ki, "Espanyol" hazırda 24 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.      

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest