29 İyun 2020, 09:14
FUTBOL
"Mançester Siti"nin İngiltərə kubokunun dörddəbir finalında "Nyukasl"a qarşı görüş yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, belçikalı futbolçu "ağ-qaralar"a qarşı penaltidən fərqlənərək karyerasında 100-cü qolunu vurub.
Xatırladaq ki, rəqibini 2:0 hesabı ilə məğlub edən Mançester təmsilçisi yarımfinalda "Arsenal"la qarşılaşacaq.