29 İyun 2020, 12:33
FUTBOL
Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib.
O bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Mütəxəssis özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar" "Taraz" komandası ilə qarşılaşmalıdır.