Bildirilir ki, komandanın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışında Quliyevə şans verəcək. Məhz həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.
Azərbaycanlı futbolçu Ayaz Quliyev "Spartak"da (Moskva) qala bilər. Matc.az xəbər verir ki, rəhbərlik yarımmüdafiəçi ilə bağlı fikrini dəyişib.
Bildirilir ki, komandanın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışında Quliyevə şans verəcək. Məhz həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.
Xatırladaq ki, yerli mətbuat "Rostov" klubunun Ayazın xidmətində maraqlı olduğunu yazır.
Qeyd edək ki, intizamsız davaranışları səbəbindən əvəzedici heyətə göndərilən Quliyevin "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.