İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsüm sonu komandadan ayrıla bilər.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Koventri" oyunçunun xidmətində maraqlıdır. çempionşip təmsilçisinin baş məşqçi Mark Robinsin Dadaşovu heyətində görmək istəyir. Komanda 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki əsas komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest