"Barselona"nın hücumçusu Luis Suares komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, uruqvaylı forvarda Niderlanddan təklif var.

Məlumata görə, "Ayaks" hücumçu ilə maraqlanır. Kataloniya təmsilçisi heyətdə köklü dəyişikliklər edəcəyi üçün 33 yaşlı oyunçunun gələcəyi bəlirsizdir. Bu səbəbdən də Niderland klubu onu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Suares 2007-2011-ci illərdə "Ayaks"da çıxış edib. O, 26,5 milyon avro qarşılığında "Liverpul"a transfer olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest