Günün yeganə görüşü Litvada təşkil olunub. "Riteryay" öz meydanında İrlandiya təmsilçisi "Derri Siti"ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Günün yeganə görüşü Litvada təşkil olunub. "Riteryay" öz meydanında İrlandiya təmsilçisi "Derri Siti"ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtın ilk dəqiqəsində vurulan qol meydan sahiblərini 2-ci təsnifat mərhələsinə daşıyıb.
 
Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 26-27-də keçiriləcək.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi
25 avqust
 
Riteryay (Litva) – Derri Siti (İrlandiya) – 3:2
Qol: Paulauskas, 39; 48. Kazlauskas, 91 – Tomson, 18. Toal, 62.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest