Tanınmış fransız hücumçu Antoni Marsyal karyerasını "Malaqa"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Bildirilir ki, danışıqlar yekun mərhələdədir, Marsyal artıq yaxın günlərdə İspaniya klubuna keçə bilər.
30 yaşlı hücumçu bu ilin yayında Meksikanın "Manterrey" klubundan ayrıldıqdan sonra azad agent statusundadır.
Daha əvvəl Marsyal Fransa Liqa 1-in iki klubunun təklifini ona start heyətində yer zəmanəti vermədikləri üçün rədd edib, həmçinin iki ilə 15 milyon avro qazana biləcəyi Tripolinin "Əl-İttihad" (Liviya) klubuna keçməkdən imtina edib.
Qeyd edək ki, Marsyal daha əvvəl "Monako", "Mançester Yunayted", "Sevilya" və AEK kimi klublarda çıxış edib. O, Fransa millisinin heyətində keçirdiyi 30 oyunda 2 qol vurub.













