17 Dekabr 2018, 11:24
FUTBOL
Topaz Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakimlər və hakim-inspektorlar üçün seminar keçirilib. Matç.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.
Hakimlər və hakim-inspektorlar yerli və xarici ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, analizlər aparıblar.
Seminar iştirakçıları həmçinin UEFA-nın yeni qiymətləndirmə sistemi ilə tanış olublar.