Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüşün start fiti saat 17:30-da səsləndiriləcək.
Günün digər oyununda isə turnir cədvəlinin lideri "Sabah" doğma divarlar arasında "İmişli"ni sınağa çəkəcək. "Bank Respublika Arena"da keçiriləcək oyun saat 19:45-də başlayacaq.
Premyer Liqa
VI tur
19 sentyabr (şənbə)
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
19:45. "Sabah" – "İmişli"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena"









_1789766354.jpg)



