"Bavariya"nın ingiltərəli hücumçusu Harri Keyn "Yunion"la matçda Bundesliqada 100-cü qolunu vurmaqla turnir tarixində bu göstəriciyə hamıdan tez çatan futbolçu olub.

Matc.az xəbər verir ki, Keyn Almaniya çempionatının 4-cü turu çərçivəsində keçirilən qarşılaşmanın 39-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirərək komandasının ikinci qoluna imza atıb.

Təcrübəli forvard Bundesliqada 100 qol həddinə cəmi 98 matçda çatmaqla turnirin yeni rekordunu müəyyənləşdirib.

Ulduz futbolçu matçın ikinci hissəsində daha bir qol vuraraq dublunu rəsmiləşdirib.

Xatırladaq ki, Keyn "Qızıl top-2026" mükafatına namizədlər sırasındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest