Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Matc.az xəbər verir ki, sonuncu oyun günündə 4 qrup üzrə 8 matç baş tutub.

Turnirin son qalibi "Bavariya" "Zalsburq" üzərində qələbə qazanıb. İtkisiz irəliləyən Almaniya klubu 1/8 finala vəsiqəni təmin edib. A qrupunun digər matçında "Atletiko" "Lokomotiv"in müqavimətini qıra bilməyib.

B qrupunda Münhenqladbax "Borussiya"sı "Şaxtyor"u darmadağın edib. Turnirə uğursuz başlayan "Real" isə "İnter" üzərində qələbə ilə ikinci sıraya yüksəlib.

"Olimpiakos"un qonağı olan "Mançester Siti" ardıcıl 4-cü dəfə qalib gələrək 1/8 finala yüksəlib. Məğlubiyyətləri sıralayan Marsel "Olimpik"i bu dəfə "Porto"ya 3 xal sevinci yaşadıb.

D qrupunun lideri "Liverpul" ilk xal itkisinə "Atalanta" ilə görüşdə üzülüb. "Midtyulland" üzərində qələbə "Ayaks"in ikinci pilləni qoruması üçün yetərli olub.

Qeyd edək ki, bir gün öncə "çelsi", "Sevilya", "Barselona" və "Yuventus" da 1/8 finala vəsiqə qazanmışdı.

UEFA çempionlar Liqası
Qrup mərhələsi

25 noyabr

A qrupu

"Atletiko" (İspaniya) – "Lokomotiv" (Rusiya) 0:0

"Bavariya" (Almaniya) – "Zalsburq" (Avstriya) 3:1
Qol: Levandovski, 42. Vober, 52-öz qapısına. Sane, 68 – Berişa, 73.

Bavariya – 12, Atletiko – 5, Lokomotiv – 3, Zalsburq – 1.

B qrupu

"Borussiya" (Münhenqladbax, Almaniya) – "Şaxtyor" (Ukrayna) 4:0
Qol: Ştindl, 17. Elvedi, 34. Embolo, 45+1. Vendt, 77.

"İnter" (İtaliya) – "Real" (İspaniya) 0:2
Qol: Hazard, 7-pen. Hakimi, 59-öz qapısına.

Borussiya – 8, Real – 7, Şaxtyor – 4, İnter – 2.

C qrupu

"Olimpiakos" (Yunanıstan) – "Mançester Siti" (İngiltərə) 0:1
Qol: Foden, 36.

"Olimpik" (Marsel, Fransa) – "Porto" (Portuqaliya) 0:2
Qol: Sanuzi, 39. S.Oliveyra, 72-pen.

Mançester Siti – 12, Portu – 9, Olimpiakos – 3, Olimpik – 0.

D qrupu

"Ayaks" (Niderland) – "Midtyulland" (Danimarka) 3:1
Qol: Qravenberx, 47. Mazraui, 49. Neres, 66 – Mabil, 81-pen.

"Liverpul" (İngiltərə) – "Atalanta" (İtaliya) 0:2
Qol: İliçiç, 60. Qosens, 64.

Liverpul – 9, Ayaks – 7, Atalanta – 7, Midtyulland – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest