25 Noyabr 2020, 10:06
ÇEMPİONLAR LİQASI
Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, 20 yaşlı hücumçu çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub.
Norveçli forvard 4-cü turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Haland turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zalsburq"unun heyətində də fərqlənib.
Niderlandlı sabiq futbolçuyadək Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyunda 15 qola imza ata bilib.
Kriştiano Ronaldo 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.
Qeyd edək ki, Erlinq Haland 2019-cu ilin dekabrında "Zalsburq"dan "Borussiya"ya keçib.