Futbol üzrə UEFA çempionlar Liqasında yeni antirekord qeydə alınıb.
 
Matc.az xəbər verir ki, buna Fransanın "Olimpik" (Marsel) klubu imza atıb.
 
Liqa 1 təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü dəfə uduzub. Bu, çempionlar Liqası tarixinin ən uzun məğlubiyyət seriyasıdır.
 
Sözügedən antirekord ötən gün baş tutan "Portu" ilə oyunda rəsmiləşib – 0:2. Bununla da Andre Villaş Boaşın yetirmələri 1/8 final şansını itirib.
 
Qeyd edək ki, Marsel təmsilçisinə qədər antirekord "Anderlext"ə məxsus idi. Belçikalılar ardıcıl 12 dəfə uduzmuşdu. ötən tur bu antirekordu təkrarlayan fransalılar bu dəfə yeni göstəriciyə imza atıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest