Almaniya çempionu "Bavariya" avrokuboklarda İspaniyanın "Atletiko" (Madrid) klubunun rekordunu təkrarlayıb.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi buna çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Avstriya "Zalsburq"unu 3:1 hesabı ilə məğlub etdiyi görüşdə nail olub.
 
Münhen təmsilçisi avrokuboklarda ardıcıl 16-cı qələbəsini rəsmiləşdirib. Daha öncə "Atletiko" 2011/12 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanmışdı.
 
Qeyd edək ki, dekabrın 1-də çempionlar Liqasının A qrupunun 5-ci tur matçında "Atletiko" "Bavariya"nı qəbul edəcək. Münhen komandası qələbə qazanacağı təqdirdə, rekord qıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest