26 Noyabr 2020, 17:09
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Matc.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Almaniyanın "Borussiya" (Münhenqladbax) klubundan 3 futbolçu yer alıb:
Qapıçı: Gilyerme Marinato ("Lokomotiv", Moskva);
Müdafiəçilər: Niko Elvedi, Oskar Vendt (hər ikisi "Borussiya", Münhenqladbax), Zaidu Sanusi ("Portu"), Serjinyo Dest ("Barselona"), Robin Qosens ("Atalanta");
Yarımmüdafiəçilər: Lars Ştindl ("Borussiya", Münhenqladbax), Kinqsli Koman ("Bavariya"), Bruno Fernandes ("Mançester Yunayted");
Hücumçular: çiro İmmobile ("Latsio"), Martin Breytveyt ("Barselona").