30 Noyabr 2020, 15:35
ÇEMPİONLAR LİQASI
"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.
Matc.az xəbər verir ki, o, UEFA çempionlar Liqasında qrup mərhələsinin "Başakşəhər" (Türkiyə) - "Leyptsiq" (Almaniya) matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.