"Mançester Yunayted"in qapıçısı David De Xea zədəsini sağaldıb.
 
Matc.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda "Sauthempton"la oyunda (2:3) sıradan çıxan qolkiper artıq məşqlərə də başlayıb.
 
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı ispan futbolçunun UEFA çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ-yə qarşı keçiriləcək oyunda iştirak etməsi gözlənilir. Lakin bu, onun çıxışından heç də tam razı olmayan baş məşqçi Ule Qunnar Sulşerin verəcəyi qərardan asılıdır. 
 
Qeyd edək ki, "Mançester Yunayted" – PSJ matçı dekabrın 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest