UEFA çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda PSJ-yə 1:3 hesabı ilə məğlub olan "Mançester Yunayted" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın futbolçusu Markus Reşford sıradan çıxıb. Oyuna start heyətində başlayan 23 yaşlı hücumçu 74-cü dəqiqədə zədələnib və meydanı erkən tərk edib.
 
Oyundan sonra futbolçunun vəziyyəti ilə bağlı açıqlama verən komandanın baş məşqçisi Ole-Qunnar Sulşer, Reşfordun çiynindən zədə aldığını təsdiqləyib. Futbolçunun son vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest