"Keşlə" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı "Səbail"lə oyunda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
 
Matc.az xəbər verir ki, müdafiəçi İlkin Qırtımov cəzalı, yarımmüdafiəçi Con Kamara isə koronavirusdan yeni sağaldığı üçün sabahkı matçı buraxacaq.
 
Həmçinin virusa yoluxmuş və hazırda müalicəsini xəstəxanada davam etdirən baş məşqçi Yunis Hüseynov da komandasının sükanı arxasında ola bilməyəcək. (Report)
 
"Səbail" klubunda isə cəzalı və zədəli futbolçu yoxdur. Yalnız baş məşqçi Aftandil Hacıyev koronavirusa yoluxduğu üçün, texniki zonada yer ala bilməyəcək.
 
Qeyd edək ki, dekabrın 20-da keçiriləcək "Keşlə" - "Səbail" matçına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest